16:10 06.12.2021 519

“Qarabağ” qış çempionu, “Neftçi” isə qış yuxusunda – Tura baxış

Azərbaycan Premyer Liqasında XIII turun oyunları xeyli maraqlı anlara şahidlik etdi.

“Nəhs tur”da qazanılan qələbə “Qarabağ”ın qış çempionluğunu rəsmiləşdirdi. “Neftçi” isə bu tur da xal itirdi. Ötən tur “Səbail”i məğlub edən “ağ-qaralar” “Sumqayıt”ın müqavimətini qıra bilmədi. 

 “Keşlə” – “Səbail” 2:2
Qollar:
Felipe Santos, 45+7, pen, Anatole Abanq, 46 - Rahid Əmirquliyev, 68, Camal Araqo, 90+5
Qırmızı vərəqə: Anatole Abanq, 61

Turun açılış oyununda turnir cədvəlinin autsayderləri üz-üzə gəlirdi. “Keşlə” doğma meydanda qələbə qazansaydı, “Səbail”dən uzaqlaşacaq, qış fasiləsi öncəsi düşərgədəki durum düzələcəkdi. Qonaqlar qələbəyə sevinəcəkləri halda isə sonuncu pilləni tərk edəcəkdilər. Görüşün “sülh”lə bitməsi tərəflərin heç birinə sərf etmirdi. Qəribəsi də odu ki, bu qarşılaşmada hərəyə iki qol vuran komandaların heç biri qələbəyə sevinə bilmədi. Baxmayaraq ki, meydan sahibləri fasilə ərəfəsində və fasilədən sonra iki dəfə fərqlənməyi bacarmışdılar.

“Keşlə”nin ikinci qolunun müəllifi Abanq meydandan qovulduqdan sonra qəsəbə təmsilçisi əsl kabus yaşadı. 68-ci dəqiqədə Rahid Əmirquliyev hesab arasındakı fərqi azaltdı. Təcrübəli futbolçunun “çərçivə”yə zərbəsi xeyli baxımlı alındı. Azlıqda qalan meydan sahiblərinin qələbə hesabını qorumasına Camal Araqo imkan vermədi. Əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə onun zərbəsi yekun hesabı müəyyənləşdirdi.

Xallarının üzərinə 1 xal əlavə edən “Keşlə” ilə “Səbail” müvafiq olaraq 7-ci və 8-ci yerdə qaldılar.

“Qarabağ” – “Sabah” 5:1
Qollar:
Abdulla Zubir, 16, 51, Filip Ozobiç, 36, İbrahima Vadji, 78, İbrahima Vadji, 90 - Bəxtiyar Həsənalızadə, 27

Rusiyalı çalışdırıcı Murad Musayevin gəlişi “Sabah” üçün düşərli olmuşdu. Masazır təmsilçisi uzun müddət idi ki, məğlubiyyət üzü görmürdü. Bu seriya “Qarabağ”la oyunda qırıldı. Özü də “Sabah” üçün məğlubiyyət çox ağır oldu. Hər halda, oyundan sonrakı mətbuat konfransında da qonaq komandanın baş məşqçisi səviyyə fərqini qabardıb, məğlubiyyətin əsas səbəbini göstərməkdən çəkinmədi. “Sabah” üzərindəki 5:1 hesablı qələbə “Qarabağ”ın Azərbaycan Premyer Liqasının səviyyəsindən xeyli irəlidə olmasının göstəricisi sayılmalıdı. Hər halda artıq böyük qism mütəxəssislər belə düşünür.

“Qarabağ”ın bu oyunda vurduğu qolların beşinin də altında legionerlərin imzası var. “Qol pərdəsi”ni Zubir 16-cı dəqiqədə açdı. Şeydayevin əla ötürməsini tora qovuşdurmaq onun üçün çətin olmadı. 27-ci dəqiqədə Şahruddin çıxışda səhvə yol verdi və onun bu səhvi sayəsində Bəxtiyar hesabı bərabərləşdirdi. Bu qoldan sonra oyuna yenidən intiriqa qayıtdı. Amma vurulan qolların hamısı “Sabah”ın qapısından keçincə, intiriqa da erkən öldü. Ozobiçin 36-cı dəqiqədə vurduğu qol xeyli baxımlı oldu. 51-ci dəqiqədə Zubirin “dubl”unu rəsmiləşdirdi. Qarşılaşmanın son 12 dəqiqəsində isə İbrahima Vadji səhnəyə çıxdı. 78 və 90-cı dəqiqədə fərqlənən forvard görüşün yekun hesabını da müəyyənləşdirdi.

“Qarabağ” bu qələbə sayəsində xalını 30-a yüksəltdi. Bu isə o deməkdi ki, 14-cü turun nəticələrindən asılı olmayaraq, “köhlən atlar” qış fasiləsinə 1-ci pillədə yollanacaqlar. “Sabah” isə 5-ci pillədə qaldı.

“Neftçi” – “Sumqayıt” 0:0

“Sabah”ın yerində qalmasının səbəbkarı “Sumqayıt” oldu. “Gənclik şəhəri”ni təmsil edən komanda bu tur da qələbə qazana bilmədi. Amma rəqibin “Neftçi” olduğunu, görüşün “Bakcell Arena”da keçirildiyini nəzərə alsaq, qolsuz heç-heçəni “Sumqayıt”ın aktivinə yazmaq olar.

Bu mövsüm “Sumqayıt”ın hücum xəttininn “dişsiz” olması heç kimdə şübhə doğurmur. Təsadüfi deyil ki, Ayxan Abbasovun çalışdırdığı 13 tur ərzində cəmi 8 qola sevinib. “Neftçi”ylə görüşdə də “Sumqayıt” azarkeşlərini qolla sevindirə bilmədi. 90 dəqiqə ərzində bunun üçün bir neçə dəfə şans yaransa da, Kamran İbrahimovun qoruduğu qapıya qol vurmaq mümkün olmadı. Heç meydan sahibləri də hücumda elə də kəsərli oynamağı bacarmadı. Bu mənada elə 0:0 hesablı bərabərlik oyunun ədalətli nəticəsi sayılmalıdı.

Artıq “Neftçi” “Qarabağ”dan 9 xal geridə qalır. 21 xallı “xalq komandası” 4-cü sıradadı. Aktivində 12 xalı olan “Sumqayıt” isə 6-cı sıradadı.

“Zirə” – “Qəbələ” 1:2 
Qollar:
Davit Volkov, 45+4 - Ürfan Abbasov, 34. Rövlan Muradov, 40

Bu komandalarının qarşılaşmasını azarkeşlər səbrsizlikə gözləyirdilər. Qələbə qazanan tərəf “Qarabağ”ın ən yaxın izləyicisi olacaq, rəqibi üzərində həm də psixoloji üstünlük qazanacaqdı. 90 dəqiqənin sonunda da bunu bacaran “Qəbələ” oldu.

Cari mövsümün sürprizlərindən biri, bəlkə də ən böyüyü elə “Qəbələ”nin çıxışıdı. “Qırmızı-qaralar” hücumda kəsərli, müdafiədə isə etibarlı oynamağı bacarır. Ürfan Abbasovun 34-cü dəqiqədə vurduğu qol bir qədər gözlənilməz alınsa da, oyunun ümumi axarına uyğun idi. Rövlan Muradovun cərimə zərbəsindən vurduğu qol isə mükəmməl alındı. Hiss olunurdu ki, gənc futbolçu bu zərbəni dəqiq vurmaq üçün məşqlərdə xeyli çalışıb. Fasiləyə qədər Davit Volkov bu qollardan birinin əvəzini çıxmağı bacardı. Bu isə izləyənlərdə ikinci hissədə daha gərgin və baxımlı oyun gözləntisi yaratdı. Amma bu təxminlər özünü doğrultmadı. “Qəbələ” rəqibinin “əl-qolu”nu yaxşı bağlayıb, qələbə hesabını qorudu. Omar Haninin aldığı qırmızı vərəqə “Zirə”yə say üstünülüyü qazandırsa da, bu üstünlüyü hesabda əks etdirmək mümkün olmadı. 

Xalını 25-ə yüksəldən “Qəbələ” ikinci pilləyə yüksəldi. 22 xallı “Zirə” isə 3-cü yerə gerilədi.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

Facebookdan bizi izləməyi unutmayın.
X