Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, F qrupunun son matçında "Atalanta" "Vilyarreal"ı qəbul edib. Görüş qonaq komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Qələbə sayəsində xallarını 10-a çatdıran "Vilyarreal" qrup ikincisi kimi 1/8 finala vəsiqə qazanıb. "Atalanta" isə mübarizəni Avropa Liqasının pley-offunda davam etdirəcək.
Sözügedən görüş ötən gün güclü qar səbəbindən təxirə salınmışdı.
Bu qrupda İngiltərə "Mançester Yunayted"i ilk pillənin sahibi kimi 1/8 finala çıxıb. İsveçrə "Yanq Boyz"u isə avrokuboklarla vidalaşıb.
Qeyd edək ki, bunadək Fransanın PSJ və "Lill", İngiltərənin "Mançester Siti", "Liverpul", "Mançester Yunayted" və "Çelsi", Niderlandın "Ayaks", Portuqaliyanın "Sportinq" və "Benfika", İspaniyanın "Real Madrid" və "Atletiko" (Madrid), Almaniyanın "Bavariya", Avstriyanın "Zaltsburq", İtaliyanın "İnter" və "Yuventus" klubları 1/8 finala vəsiqə qazanıblar.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi
6-cı turdan təxirə salınmış oyun
F qrupu
"Atalanta" (İtaliya) - "Vilyarreal" (İspaniya) - 2:3
Qollar: Malinovski, 71, Sapata, 80 – Danjuma, 3, 51, Kapue, 42