21:35 10.12.2021 945

"İstənilən halda, çox böyük səhv idi" - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində İsveçrə “Bazel”inə qarşı keçirdikləri oyunu dəyərləndirib. 

Fanat.Az xəbər verir ki, o, Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərin suallarını cavablandırıb:
 
“Həm yaxşıyıq, həm də tam yaxşı vəziyyətdə deyilik. Amma əlbəttə, göstərdiyimiz nəticədən razıyıq. Bu gün qarşımızda duran minimum vəzifə yerinə yetirildi.
 
 İsveçrəyə həqiqətən də istəkli getmişdik. Qalib gəlmək niyyətində idik. Futbolçularımda bu istəyi ilk dəqiqələrdən gördüm. Oyuna çox yaxşı başlamışdıq. İki yolumuz var idi: Ya qalib gəlməli idik, ya da bundan da böyük hesab gözləyirdik. Ona görə də geri çəkilmədən yalnız irəli getməyi qarşımıza məqsəd qoymuşduq. Qol epizodları yaratdıqca futbolçularımız daha da həvəsə gəlirdi. Bu zaman bəzi texniki mövqe səhvlərimiz oldu və bundan da rəqib lazımınca yararlandı. Çünki onlar bunu çox yaxşı bacarırlar".
 
Qurbanov 2-ci dəqiqədə komandasının vurduğu təmiz qolu xorvatiyalı referi Fran Yoviçin hesaba almamasına belə reaksiya verib: "İnanın ki, insan belə xoş olmayan, çirkin halları çox da analiz etmək, bu barədə danışmaq istəmir. İki eyni səviyyəli və ya səndən bir baş üstün komanda oynayırsa, hakimin doğru olmayan kiçik qərarı nəticəyə çox böyük təsir edir. Qolumuz sayılsaydı, mənzərə tam fərqli ola bilərdi. Çünki rəqib də mütləq qol vurmalı idi. Nəticədə meydanda fərqli futbol oynanılacaqdı. Bizim oyunda hətta rəqibə qarşı belə hallara yol verilməsini istəmərəm. Dəfələrlə bildirmişəm ki, hakimlik ən çətin peşələrdən biridir, ən böyük ədalət elə orada gözlənilməlidir. İnanıram ki, öz hakimlərimiz Avropada oyunlar idarə etdikdə belə hallardan uzaq olacaqlar. Lakin istənilən halda, çox böyük səhv idi".
 
Təcrübəli mütəxəssisin sözlərinə görə, "Qarabağ"ın əslən xorvatiyalı olan futbolçusu Filip Ozobiçin görüşdən sonra hakim həmyerliləri ilə dialoqu olub: "Yəqin ki, Filip özü daha geniş açıqlama verəcək. Həmin an hakimlərin boynuna heç nə qoymaq olmur. O vəziyyətdən də özlərini haqlı çıxarmaq istəyirlər. Qəribə və gülünc söz işlədiblər: "Bəlkə oyunçunun bədəni içəridə, ayağı xətdən çöldə idi"? Ozobiçin özü də pis olmuşdu. Mənim xorvat dostum, ətrafım yoxdur, sadəcə, futbolçum var. Onun bacarığından, dürüstlüyündən razıyam. Bir də Robert Prosineçki var, onunla da münasibətlərimiz çox yaxşıdır. O da ədaləti xoşlayan insandır. Mənə elə gəlir ki, bəlkə də bizdən çox onlar pis olublar.Bu günədək qrupda oynayır, ağır matçlar keçirirdik. Lakin cari mövsümdə futbolçularımız qrupdan çıxmağı bacardılar. Hər bir halda nəticəmizdən, taleyimizdən razıyıq".
 
Qurbanov pley-off mərhələsində düşə biləcəkləri potensial rəqiblər arasında seçim etməyib: "İndidən nə isə deməyimiz düzgün çıxmaz. Xeyirlisi nədirsə, o da olacaq. İstənilən halda, pley-off mərhələsinə daha yaxşı hazırlaşmalıyıq".

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

Facebookdan bizi izləməyi unutmayın.
X