Bu gün İsveçrənin Nyon şəhərində Konfrans Liqasının pley-off oyunlarının püşkatma mərasimi keçirilib.
Fanat.Az xəbər verir ki, H qrupunda 11 xalla 2-ci olaraq qrupdan çıxan Azərbaycan təmsilçisi "Qarabağ" da bu mərhələdəki rəqibini tanıyıb.
Səpələnmişlər arasında yer alan Ağdam klubu Fransa "Olimpik Marsel"i olub.
"Köhlən atlar" ilk oyununa fevralın 17-də səfərdə, cavab qarşılaşmasına bundan bir həftə sonra - 24-də evdə çıxacaq.