Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, püşkatma İsveçrənin Nyon şəhərində baş tutub.
Tədbirdə "Qarabağ"ın da pley-offdakı rəqibi bəlli olub.
UEFA Konfrans Liqası
Pley-off mərhələsi
"Seltik" (Şotlandiya) - "Budyo Qlimt" (Norveç)
"Marsel" (Fransa) - "Qarabağ" (AZƏRBAYCAN)
PSV (Niderland) - "Makkabi" (Təl-Əviv, İsrail)
"Midtüllan" (Danimarka) - PAOK (Yunanıstan)
"Sparta" (Praqa, Çexiya) - "Partizan" (Serbiya)
"Lester" (İngiltərə) - "Randers" (Danimarka)
"Fənərbağça" (Türkiyə) - "Slaviya" (Praqa, Çexiya)
"Rapid" (Vyana, Avstriya) - "Vitess" (Niderland) və ya "Tottenhem" (İngiltərə) (Daha sonra qərar veriləcək)
Qeyd edək ki, pley-off mərhələsində ilk matçlar 2022-ci il fevralın 17-də, cavab qarşılaşmaları isə bir həftə sonra oynanılacaq.