18:33 13.12.2021 677

\"Qarabağ\"ın rəqibini - 122 yaşlı \"Olimpik Marsel\"i tanıyaq

UEFA Konfrans Liqasısın pley - off püşkatması zamanı turnirdəki yeganə təmsilçimiz "Qarabağ"ın rəqibi müəyyənləşdi. Bu, Fransanın "Olimpik Marsel" klubudur. 

Fanat.Az rəqib barədə bir sıra məlumatları nəzərinizə çatdırır.

Klubun tam adı "Olympique de Marseille"-dir. Hazırda Fransanın futbol liqa sistemində ən yüksək divizion olan Liqa 1-də çıxış edir. 

Marsel şəhərindən olan peşəkar futbol klubudur. 31 avqust 1899-cu ildə yaradılıb və tarixinin çox hissəsini Fransa futbolunun yüksək divizionunda keçirib. "Marsel" ölkənin ən titullu klublarından biridir - 9 dəfə Fransa çempionatının qalibi olub. 1993-cü ildə Olimpik Çempionlar Liqasını qazanan ilk Fransa klubu olub. 

1994-cü ildə komanda rəqiblərinə rüşvət verməkdə ittiham olunaraq Fransa çempionu titulundan məhrum edilib və ikinci diviziona göndərilib. 

2010-cu ildə "Marsel" sabiq futbolçusu Didye Deşamın rəhbərliyi altında yenidən Fransa çempionu olmağı bacarıb.

"Marsel" ev oyunlarını şəhərin cənub hissəsində yerləşən 60 min azarkeş tutumuna malik "Oranj Velodrom" stadionunda keçirir.

Komanda da "FİFA 100" siyahısına əlavə olunan futbolçular - Didye Deşam, Marsel Desayi, Rober Pires, Corc Vea, Erik Kantona kimi adlar forma geyib.

Loran Blan, Kristif Düqari (1998), Adil Rami, Florian Toven, Stiv Mandanda (2018) komandanın klubda oynayarkən dünya çempionu olmuş futbolçularıdır.

"Olimpik Marsel" klubu tarixində heç zaman Azərbaycan klubları ilə qarşılaşmayıb.

Komandanın baş məşqçisi "professor" ləqəbli argentinalı mütəxəssis Xorxe Sampaolidir. 61 yaşlı mütəxəssis beynəlxalq səviyyədə Çili yığması ilə bir dəfə Cənubi Amerika Kubokunu qazanıb.

Cari mövsüm komanda əsasən 3-lü müdafiə ilə oynamağa üstünlük verir. 

Avropa Liqasında 6 oyuna cəmi 7 xal toplayıb E qrupunun 3-cüsü kimi Konfrans Liqasına düşən komanda Fransa çempionatında 17 turdan sonra 32 xalla ikinci yerdə qərarlaşıb.

Komandanın əsas qol silahı dünyaca məşhur fransalı futbolçu Dmitri Payetdir. Cari mövsüm Liqa 1-də 34 yaşlı futbolçunun aktivində 7 məhsuldar ötürmə və 6 qol var. Payet faydalı iş əmsalı üzrə ümumi reytinqə görə isə hazırda 7.96 balla çempionatın lideridir. 

"Marsel" 1991-ci ildə Çempionlar Liqasının, 1999, 2004 və 2018-ci illərdə isə Avropa Liqasının finalçısı olub. "Qarabağ"ın rəqibi  2005-ci ildə İntertoto kubokunu da başı üzərinə qaldırıb. 

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

Facebookdan bizi izləməyi unutmayın.
X