Fransanın "Olimpik Marsel" klubu Konfrans Liqasının pley-offunda qarşılaşacağı "Qarabağ"ı təhlil edib.
Fanat.Az xəbər verir ki, klubun rəsmi saytı təmsilçimizlə bağlı yazı dərc edib.
"Qarabağ"a diqqət" sərlövhəli materialda "Olimpik Marsel"in yeni ölkə kəşf edəcəyini vurğulayan klub Ağdam təmsilçisinin Bakıda məskunlaşmasını uzun illər davam edən müharibə və işğal faktı ilə yox, "siyasi səbəblər"lə izah edərək növbəti dəfə ermənilərin lehinə riyakarlıq göstərib: "OM ("Olimpik Marsel") yeni ölkə kəşf edəcək: Azərbaycan. "Qarabağ" 1951-ci ildə Ağdam şəhərində yaradılmış Azərbaycan klubudur. Siyasi səbəblərdən "Qarabağ" paytaxt Bakıda məskunlaşıb. Xüsusilə, o, 2014-2020-ci illər arasında 7-si ardıcıl olmaqla, 8 liqa titulunu qazanıb. Klub öz tarixində yalnız bir dəfə, 2017-18-ci illərdə Çempionlar Liqasının qrup mərhələsində iştirak edib.
2020-2021-ci illərdə “Qarabağ” çempionatı “Neftçi Bakı”dan 2 xal geridə başa vurub. O, hazırda 13 gündən sonra 30 xalla (9 qələbə, 3 heç-heçə, 1 məğlubiyyət) 2021-2022-ci il mövsümünün turnir cədvəlində liderdir.
Bu mövsüm “Qarabağ” Avropa Konfrans Liqasının ikinci mərhələsinə adlayaraq qrup mərhələsinə yüksəlib. H qrupunda o, "Bazel", "Kayrat Almatı" və "Omoniya Nikosiya" komandalarının yarışdığı qrupda ikinci yeri tutub".
Qeyd edək ki, "Qarabağ" "Olimpik Marsel"lə ilk oyununa fevralın 17-də səfərdə, cavab qarşılaşmasına bundan bir həftə sonra - 24-də evdə çıxacaq.
Mirağa