Braziliya kubokunun finalının cavab oyununda "Atletik Mineyro" səfərdə "Atletiko Paranaense"ni 2:1 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, qalib komandanın qollarından birini Braziliya millisinin hücumçusu Halk vurub.
Oyunda hesabı 25-ci dəqiqədə "Atletik Mineyro"nun yarımmüdafiəçisi Keno açıb. Meydan sahiblərinin qələbə qolunu isə 87-ci dəqiqədə Ceyderson vurub.
Görüşün videoicmalını təqdim edirik:
İlk oyunda öz meydanında 4:0 hesabı ilə qələbə qazanan "Atletik Mineyro" iki oyunun nəticəsinə görə kuboku qazanıb.
Xatırladaq ki, bundan bir neçə gün əvvəl "Atletik Mineyro" həm də Braziliya çempionu olub.
Emin