16:48 16.12.2021 839

"Çox pis vəziyyətdə idim, müəllimim məni..." - Dünya çempionu

Azərbaycan sərbəst güləş millisinin üzvü, gənclər arasında dünya və Avropa çempionatlarının qalibi Turan Bayramovun Fanat.Az-a müsahibəsi

- Turan, il ərzində kifayət qədər yarış güləşdin. Əsas olan isə sözsüz ki, Yay Olimpiya Oyunları idi. Əvvəlcə bu haqda fikirlərini öyrənək. 
- Səkkiz beynəlxalq yarışda iştirak eləmişəm. İlin əvvəlində 65 kiloqram çəki dərəcəsində çıxış edirdim. İlkin hədəf bu çəkidə Tokio-2020-yə lisenziya almaq idi. Elə oldu ki, Hacı Əliyev lisenziyanı götürdü və artıq onun iştirakı dəqiqləşdi. Mən o çəkidə rezerv güləşçi idim. 74 kiloda isə Toğrul Əsgərovun adı ehtiyat güləşçi kimi təqdim olunmuşdu. İş elə gətirdi ki, Hacımurad Olimpiadaya çox az qalmış zədə aldı. Toğrul isə uzun zaman yarışlara qatılmadığından formadan çox uzaq düşmüşdü. Məsləhət bilindi ki, Yaponiyaya mən gedim. Vaxt çox az olsa da, orada niyyətim sadəcə iştirak deyildi. Qarşıma medal məqsədi qoymuşdum. Lakin püşkatma da yaxşı gətirmədi. Rusiya güləşçisinin finala yolunu açmaq üçün favorit idmançıların böyük əksəriyyəti digər - bizim yarımqrupa salınmışdı. Olimpiadanın ilk görüşündə udduğum ukraynalı Vasili Mixaylov zəif idmançı deyildi, son dünya kubokunda 79 kiloqram çəki dərəcəsində bürünc medal qazanmışdı. Sonra ikiqat dünya çempionu Frank Çamizoya uduzsam da, hamı gördü ki, onunla da başabaş güləşdim. 

- Qısa müddət sonra Ufaya - gənclərin dünya çempionatına yollandın. Demək olar ki, bir təyyarədən düşüb digərinə mindin. Bu minvalla da böyüklərin və 23 yaşlıların dünya çempionatına qatıldın. Bu qədər sıx qrafik nə dərəcədə məqsədəuyğun idi?
- Sözün açığı, məni psixoloji çox yordu. Azərbaycan çempionatından əvvəl çox pis vəziyyətdə idim. Demək olar, çökmüşdüm. Əsas da Oslodakı böyüklərin dünya çempionatında hakim haqsızlığı nəticəsində uduzub finaldan, bəlkə də çempionluqdan olmağım mənə çox yer eləmişdi. Günlərlə özümə gələ bilmədim. Şəxsi məşqçim Abil İbrahimov bunu görüb məni Qazaxıstana apardı. Yaxşı ki, getdim. Oranın mühiti bir xeyli toparlanmağıma səbəb oldu. Həmin vaxt Qazaxıstan güləşçiləri də ölkə çempionatına hazırlaşırdılar. Sağ olsunlar, bizi də dəvət etmişdilər. Onlarla birgə hazırlıq, sınaq görüşləri mənə yaxşı təsir göstərdi. Azərbaycanda indi sınaqçı rəqib tapmaq çətindir. Gənclərdən öndə olanlar mən, Zirəddin Bayramov, bir də Əşrəf Aşırovdur. Hamımız da fərqli çəkilərdəyik. Məcbur qalıb zəif idmançılarla işləyirik. Bu da istənilən effekti vermir. Bizdən əvvəlkilər - Hacı, Toğrul, Cəbrayılgil şanslı idilər ki, onların vaxtında yetərincə güclü sınaqçı rəqiblər var idi. Demək olar ki, Avropa, dünya səviyyəsini zalda hiss edə bilirdilər. 

- Ölkə çempionatının finalında dağıstanlı legioner Cəbrayıl Hacıyevlə üz-üzə gəldin. Bu görüşü sənin üçün prinsipial adlandırmaq olarmı?
- Bəli. O baxımdan ki, mən 74-ə yeni keçəndə inamsız fikirlər eşidirdim. Ancaq demək olar bütün güclüləri üstələyib özümü ölkədə sübut elədim. 

- Son U-23 dünya çempionatına 70 kiloqramda yeni legioner güləşçi aparılmışdı. O da sonda medalsız qaldı. Səncə, Murad Yevloyevə yığmada nə dərəcədə ehtiyac var? 
- Zəif güləşçi sayılmaz. Amma xüsusi bir istedadı da yoxdur.  Məncə, o çəki üzrə özümüzdə də yaxşı güləşçilər var. Məsələn, Əli Rəhimzadə ondan da güclü idmançıdır.

-  Əvvəlki illərdəki ardıcıl yüksək nəticələrin azarkeşlərin səndən gözləntilərini pik səviyyəyə qaldırıb. Uğursuzluğunla barışmırlar, tezliklə dünya və Avropa çempionatlarının qızıl medalını qazanmağını istəyirlər. 
- 2019-cu ildə U-23 Avropa çempionatında ilk mərhələdəcə uduzmuşdum. Ancaq sonra dünya çempionatında birinci oldum. Yəni idmanda, güləşdə hər zamanın öz hökmü var. Başa düşürəm, məndən çox şey gözləyirlər. Amma cəmi 20 yaşım var. Mənim güləşim hələ indi başlayır. 

- Üslubun, daha konkret desək, ləng, passiv güləşməyin tez-tez tənqidlərə tuş gəlir. Bununla bağlı söyləyəcəklərin maraqlıdır.
- Bu, istəyərək seçdiyim taktika deyil. Daha çox məcburiyyətdən irəli gəlir. 74 kiloya uyğunlaşmağım çətin oldu. 65-lə 74 arasında dağlar qədər fərq var. 65-dəki tərzi, nəticələri qısa bir zamanda 74-də göstərəcəyimi düşünmək yanlışdır. Orada bütün görüşboyu dinamik güləşə bilirdimsə, indiki halda iki dəqiqədən artıq tempi saxlaya bilmirəm. Hələlik bu, belədir. Odur ki, müəllimlər əsas həmlələri sona saxlamağımı məsləhət biliblər. 

- Yeni çəkiyə tam uyğunlaşmağın üçün nə qədər zaman lazım olacaq?
- İndidən nəsə demək istəmirəm. Sadəcə, tsiklin lap başlanğıcda keçdim ki, Paris Olimpiadasına kimi tam hazır olum. İnşallah, əsas məqsədim Parisdə Olimpiya çempionu olmaqdır. Beş dəfə dünya çempionu olum, bir Olimpiya "qızıl"ının yerini verməz. 

- Boy və ümumən fiziki göstəricilərdə 74 kiloqramdakı rəqiblərdən bir qədər geri qalırsan. Bu amilin sənə çətinlik törədəcəyini düşünmürsən?
- Boyca elə bir fərq yoxdur. Bizdə ən ucaboylar amerikalı Kayk Deyklə belaruslu Kadimaqomedovdur, onların da boyu məndən 4-5 santimetr hündür olar. Sadəcə, bəli, digər idmançılar daha əzələli olduğundan kənardan elə təsir bağışlayır. 

- Yenidən 65 kiloqrama qayıtmağın mümkündür?
- Qətiyyən. Bunun üçün gərək bir ayağımı kəsim.

- Yaxınlarda federasiyada uzun müddətdir boş olan prezident postuna seçki keçirildi. Yeni rəhbərlikdən nə gözləyirsən?
- Arzu edirəm, güləşçilərə daha qayğıyla yanaşılsın. Sirr deyil, hamı görür ki, Azərbaycanda güləş çox geriləyib. Tam məhv olmaması üçün indi ortada olan, az-çox nəticə qazanan idmançılara diqqət göstərilməlidir. Ümumiyyətlə, yerli gənclərə şərait yaradılmalıdır. Onların qarşısını kəsmək olmaz.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

Facebookdan bizi izləməyi unutmayın.
X