16:00 20.12.2021 633

Qış fasiləsinə klublarımız necə yollandı? – “Fanat.az”ın təhlili

Azərbaycan klubları üçün mövsüm yarılandı. Azərbaycan Premyer Liqasında XIV turun oyunlarının başa çatmasıyla futbol üzrə ölkə çempionatında qış fasiləsi elan olundu.

Klublarımızın nəfəslərini dərmək, səhvlərdən nəticə çıxarmaq və mövsümün qalan hissəsinə hazırlaşmaq üçün fevralın 7-ə qədər vaxtı var. Onlar öz planlarını qurmaqda və bu planları həyata keçirməkdə olsun, biz də oxucularımızla birlikdə ötən 14 turun nəticələrinə baxış keçirib, qısa təhlillərimizi bölüşək.

“Qarabağ”

“Köhlən atlar”ın qış fasiləsinə lider yollanması heç kim üçün təəccüblü olmadı. Mütəxəssislərin böyük əksəriyyəti belə düşünür ki, ötən mövsüm çempionluğu son turda əldən buraxan “Qarabağ” bu il çempionata daha ciddi yanaşır. Bu yanaşmanı Qurban Qurbanovun davranışlarından, heyət seçimindən də görmək mümkündü. Çalışdırıcı az qala bütün oyunlara əsas heyəti buraxır, əvvəlki illərdə olduğu kimi, ciddi rotasiyalara ehtiyac duymur. Bununla belə eyni futbolçular “iki cəbhə”də mübarizə aparmağı bacarır, xüsusi axsama hiss edilmir. UEFA Konfrans Liqasında qrup mərhələsi səddini uğurla aşan “Qarabağ” ölkə çempionatında da turnir cədvəlinə inamla başçılıq edir. Fiziki baxımdan futbolçular yalnız bir oyunda çətinlik çəkiblər. Həmin qarşılaşma da “Qəbələ” ilə səfər oyununa təsadüf edib. “Qırmızı-qaralar”la görüşün ikinci hissəsində “Qarabağ”ın bəzi üzvləri yorğun görünsə də, bu yorğunluq nəticəyə ciddi təsir göstərmədi.

14 tur ərzində “Qarabağ” cəmi bir dəfə məğlub olub ki, həmin görüşdə yaşanan büdrəmə rəqib “Səbail”in gücündən daha çox meydançanın yararsız örtüyündən xəbər verirdi. Keyfiyyətini çoxdan itirən süni örtükdən artıq təkcə “Səbail”in rəqibləri yox, öz futbolçuları da şikayətçidi. Bu görüşdəki məğlubiyyət “Qarabağ” üçün qış fasiləsinə qədər yeganədi. Qalan 13 oyunun 10-da “köhlən atlar” qələbəni bayram edib, üç görüşdə isə qalib müəyyənləşməyib. “İki cəbhə”də mübarizə aparan bir komanda üçün elə də pis nəticə deyil. Nəzərə alaq ki, “Qarabağ”ın heyəti o qədər də geniş deyil və əsas heyətin demək olar ki, hamısı milli komandaların toplanışlarında, oyunlarında iştirak edir. Deməli, ağır qrafik bütün futbolçulara öz təsirini göstib. 14 oyunda 30 dəfə rəqiblərini məyus edən “Qarabağ” öz qapısında cəmi 8 qol görüb ki, bu nəticəyə görə də digər komandalar çempionatın liderinə həsəd apara bilərlər. 
Görünən odu ki, “Qarabağ” qış fasiləsindən sonra da liderliyini davam etdirəcək və ötən il “Neftçi”yə verdiyi çempionluq kubokunu geri alacaq.

“Qəbələ”

Proqnozların əksinə, “Qarabağ”ın ən yaxın izləyicisi “Neftçi” deyil, məhz “Qəbələ”di. Əyalət təmsilçisi bu mövsümkü çıxışıyla hamını təəccübləndirməyi bacarıb. Aktivində 26 xalı olan “qırmızı-qaralar” “Qarabağ”dan 7 xal geridə olsalar da, bu nəticə onlar üçün yaxşı sayılmalıdı. Onu da nəzərə alaq ki, 3-cü pillədəki “Neftçi” Elmar Baxşıyevin komandasından düz 4 xal geridədi. Deməli, “Qəbələ”nin 2-c pillədə fasiləyə yollanması təsadüfi deyil, qanunauyğunluqdu. 

“Qəbələ” vurduğu qolların sayıyla da öyünə bilər. 23 dəfə rəqiblərini məyus edən “qırmızı-qaralar” bu göstəriciyə görə də təkcə “Qarabağ”dan geri qalır. Maraqlıdı ki, müdafiənin etibarlılığına görə də “Qəbələ” “Qarabağ”dan savayı bütün rəqiblərini üstələyir. 14 oyunda rəqiblər “Qəbələ”ni 14 dəfə məyus edə biliblər ki, bu göstərici heç də pis sayılmır. Mütəxəssislər belə əzmkar heyət formalaşdırdığına görə həm baş məşqçi Elmar Baxşıyevin, həm də klubun rəhbərliyinin əməyini yüksək qiymətləndirir. Məhdud büdcəylə keyfiyyətli əcnəbi və fədakar yerlilərdən əla heyət formalaşdırmağı bacaranların gördüyü iş həqiqətən də alqışlanmalıdı.

Qış fasiləsində “Qəbələ”də ciddi ayrılıq yaşandı. Komandanın baş meneceri Zaur Əzizov “Qəbələ”ni tərk etdi. Bu ayrılığın “Qəbələ” üçün itki olacağı şübhəsizdi. Ümid edək ki, qış fasiləsindən sonra da “Qəbələ” uğurlu çıxışın davamını gətirməyi, azarkeşləri sevindirməyi bacaracaq.

“Neftçi”

Son ölkə çempionu üçün mövsümün ilk yarısı uğursuz alındı. Bunu iddia etmək üçün heç də dərin futbol biliciyi olmağa gərək yoxdu. Avrokuboklardan üzüqara yola salınan “Neftçi” “Zirə”nin ardıcıl xal itkiləri sayəsində qış fasiləsinə 3-cü pillədə yollana bildi. Əks halda, “xalq komandası” fevrala qədər 4-cü pillədə qərarlaşacaq, medalçılar sırasında kənarda qalacaqdı. “Ağ-qaralar” hazırda lider “Qarabağ”dan düz 11 xal geridədi. Bu xal fərqi yetərincə ciddi rəqəmdi və onu aradan qaldırmaq təkcə “Neftçi”nin özündən asılı olan tapşırıq deyil. Nəzərə alaq ki, qış fasiləsindən sonra “Qarabağ”la “Neftçi” cəmi iki dəfə üz-üzə gələcəklər.


Samir Abasovun çalışdırdığı komanda 4 oyunda məğlub olub, elə eyni sayda görüşdən də bərabərliklə ayrılıb. “Neftçi”nin vurduğu və buraxdığı qolların sayı da təxminən eynidi. 21 qola sevinən “Neftçi” azarkeşləri öz qapılarına vurulan 19 qola da üzülüblər. Müsbət saldo cəmi ikiyə bərabərdi. Bu göstəriciyə də “Qəbələ”ylə “Zirə”nin “Neftçi”ni qabaqladığını nəzərə alanda “ağ-qaralar”ın hücum xəttinin elə də məhsuldar olmadığı qənaətinə gəlirsən. 14 oyuna rəqibin 19 dəfə fərqlənməsinə mane ola bilməyən müdafiə xətti və qapıçılar da etibarlı görünmür. Belə çıxır ki, “Neftçi”nin heyətlə bağlı problemləri xeyli ciddidi və onların qısa müddətdə həll ediləcəyi də inandırıcı görünmür.

“Zirə” 

Rəşad Sadıqovun komandası hələ ötən mövsümdən əzmkar çıxışına görə alqış qazanıb. Zaman-zaman 2-ci pillədə qərarlaşan qəsəbə təmsilçisi fasiləyə 4-cü sırada yollandı. Bu da səbəbsiz deyil. Prinsipial görüşdə “Qəbələ”yə 1:2 hesabıyla uduzan “Zirə” əsas rəqibini özündən irəli buraxdı. 14-cü turda “Qarabağ”a məğlubiyyət isə “Neftçi”dən də geri düşməklə nəticələndi. Düzdü, “Zirə” “Neftçi”ylə eyni sayda, yəni 22 xal toplayıb. Amma aralarındakı şəxsi görüşlərin nəticəsinə görə “ağ-qaralar” 3-cü, “Zirə” isə 4-cü yerdə qərarlaşıb.

“Zirə” rəqib qapılarına 22 dəfə yol tapıb. Maraqlıdı ki, komandanın gürcü legioneri Davit Volkov təkbaşına 10 dəfə fərqlənib. Rəqiblər isə “Zirə”ni 16 dəfə məyus ediblər. Bu göstəriciyə görə “Zirə” “Neftçi”dən irəlidədi. Buna əsasən demək olar ki, qəsəbə komandası qış fasiləsindən sonra əsas rəqibləriylə görüşlərə daha ciddi yanaşsa, vəziyyəti öz xeyrinə dəyişə bilər. Ötən mövsüm avrokuboklara vəsiqəni son anda əldən buraxan zirəlilərin bu mövsümün sonunda arzusuna çatmaq şansları heç də pis deyil.

“Sabah”

Masazırı təmsil edən komanda heyətində görə Azərbaycan Premyer Liqasının ən yaxşılarındadı. Təəssüf ki, mövsümün əvvəli “Sabah” üçün heç də yaxşı alınmadı. Uzun müddət turnir cədvəlinin sonuncu pilləsində yer alan “Sabah” Ramin Quliyevin gedişindən sonra nəticələrini xeyli yaxşılaşdırdı. Murad Musayevin baş məşqçi postuna təyinatından sonra “Sabah” ardıcıl xallar qazanmağa başladı. Bu mənada təkcə “Qarabağ”la görüş istisnadı ki, həmin qarşılaşmada da səviyyə fərqi həlledici rol oynamışdı.

17 xalla 5-ci pillədə qərarlaşan “Sabah” rəqib qapılarına 20 dəfə yol tapmağı bacarıb. Bunun qarşılığında isə öz qapısında 23 qol görüb. Heç şübhəsiz ki, qış fasiləsində Murad Musayev heyətə əl gəzdirəcək, öz oyun fəlsəfəsinə uyğun komanda formalaşdırmağa çalışacaq. Belədə “Sabah”ın mükafatlar uğrunda mübarizə aparanların sırası qoşulacağını da gözləməyə dəyər.

“Keşlə”

Zaur Axundovun eksperment meydanına çevirdiyi “Keşlə” autsayder imicindən qurtula bilmir. Heyətində fərqli ölkələrdən səkkiz legioner futbolçu olan komandanın 14 oyuna cəmi 14 xal toplaması uğur sayıla bilməz. 6-cı sırada qərarlaşan “Keşlə” vurduğu 17 qolun qarşılığında öz qapısında 24 top buraxıb. Bu da yetərincə böyük fərqin ortaya çıxması deməkdi. Mövsümün gedişində vəziyyət o həddə gəlib çatmışdı ki, Sənan Qurbanovun istefaya göndərilməsi müzakirə edilir, an məsələsi hesab olunurdu. Həmin məqamda “Qarabağ”la görüşdə heç-heçənin qeydə alınması, səfərdə “Səbail” üzərində qazanılan qələbə bu ayrılığı təxirə saldı. Bununla belə yenə də qeyri-sabit çıxış davam edir, nəticədə “Keşlə” autsayder imicindən heç cür qurtula bilmir. 

İnsafən, “Keşlə” qış fasiləsinə yaxşı əhval-ruhiyyədə yollandı. “Sumqayıt”ı səfərdə 3:1 hesabıyla məğlub edən “Keşlə” bu 3 xal sayəsində elə “Sumqayıt”ı da üstələməyi bacardı və 6-cı pilləyə yüksəldi. Bu yüksəliş qış fasiləsindən sonra da davam etdirmək üçün heyətin güclənməsinə ehtiyac var.

“Sumqayıt”

Mövsümün gedişində baş məşqçisi dəyişikliyinə ehtiyac duyan iki komandadan biri də məhz “Sumqayıt” oldu. “Sabah” bu addımın xeyrini gördüsə, “Sumqayıt”ın bu dəyişiklikdənə faydalanıb-faydalanmayacağı hələlik məlum deyil. Çünki Ayxan Abbasov məhz 14-cü turdan sonra postundan ayrıldı. Hələlik komandanın yeni baş məşqçinin adına da aydınlıq gəlməyib.

Ümumlikdə isə “Sumqayıt”ın zəif çıxış etməsinin günahkarının təkcə Ayxan Abbasov olmaması hər kəsə məlumdu. Heyətində iki iranlı hücumçusu olan komanda 14 tur ərzində cəmi 9 qol vurmağı bacarıbsa, burda baş məşqçidən daha çox belə hücumçuları komandaya calayanın məsuliyyət daşıdığı məlum məsələdi. Cəmi 3 görüşdə qələbə qazanan “Sumqayıt” eyni sayda heç-heçənin fonunda 8 görüşdən xalsız ayrılıb. Qapısından 20 top buraxan “gənclik şəhəri”nin təmsilçisi son turda aldığı ağır məğlubiyyətdən sonra 7-ci sıraya yuvarlandı.
Görünən odu ki, komandanın yeni baş məşqçinin işi qış fasiləsindən sonra xeyli çətin olacaq.

“Səbail”

Bayıl təmsilçisi turnir cədvəlinin sonuncusudu. Burda qeyri-adi nəsə axtarmağa da dəyməz. “Səbail”in ötən 14 tur ərzində qürurla xatırlayacağı əsas hadisə “Qarabağ” üzərində qazanılan 3:1 hesablı qələbədi. 8-ci tura təsadüf edən bu oyundan sonra “Səbail” ardıcıl dörd turda uduzmuşdu. “Səbail”in oyunu, nəticələri haqda hansısa dərin təhlil aparmağa ehtiyac yoxdu. Komanda zaman-zaman mətbuatın gündəminə maddi problemləriylə, stadionun örtüyünün yararsız vəziyyətə düşməsiylə gəlir. Maraqlıdır ki, komandanın heyətində dörd legioner var. 

Qapısında gördüyü 29 qola üzülən “Səbail” bu göstəriciyə görə “birincidi”. Görünən odu ki, bu komandanın problemləri qış fasiləsindən sonra da davam edəcək.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

Facebookdan bizi izləməyi unutmayın.
X