Azərbaycan Cüdo Federasiyasında (ACF) yeni təyinat olub.
Fanat.Az xəbər verir ki, Rəşad İbrahimov (Tuncay) federasiyanın Marketinq və kommunukasiyalar üzrə meneceri vəzifəsinə gətirilib.
Daha əvvəl Rəşad Rəsullu ACF-nin baş katibi təyin olunub. Yaxın vaxtlarda federasiyada digər vəzifə bölgülərinin də aparılacağı gözlənilir.
Qeyd edək ki, 2021-ci il noyabrın 1-də rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ACF-nin yeni prezidenti seçilib. R.Nəbiyev bu postda SOCAR-ın prezidenti Rövnəq Abdullayevi əvəzləyib.