10:36 07.01.2022 805

"Planlarımız bir çoxlarını təəccübləndirə bilər" - Cavid Hüseynov

Region Liqasında 2021-22-ci illər mövsümünün I dövrəsi başa çatıb və komandalar qış fasiləsinə yollanıb. 

Bir neçə aydır fəaliyyətə başlayan və Region Liqasının paytaxt və şimal zonasının B qrupunda yer alan "Cəbrayıl" qış fasiləsindən faydalanmağa çalışır. 

Bu barədə Fanat.Az-a klubun təsisçisi və baş məşqçisi olan Cavid Hüseynov məlumat verib. 33 yaşlı çalışdırıcı saytımıza açıqlamasında həm ilk dövrəni dəyərləndirib, həm də komandasının fasilədəki planları ilə bağlı danışıb:

"İlk dövrəni qənaətbəxş hesab edirəm. Gənc komandayıq. Cəmi 3-4 ayın klubuyuq. Ona görə də ilk dövrədə az da olsa nəsə etməyə çalışdıq. Düşünürəm ki, kollektivimizi bir balaca komanda olaraq formalaşdıra bilmişik.

Peşəkar liqada oynamasaq da, planlarımız və yanaşmamız tam fərqlidir. Hansı liqada oynamağımızdan asılı olmayaraq, oyunlara, məşqlərə, futbolçuların inkişafına tam peşəkar şəkildə yanaşırıq. Çalışırıq komandada oynayan futbolçuları da buna alışdıraq.

İstəyimiz odur ki, klubun heç bir üzvü futbola və komandamıza həvəskar kimi yanaşmasın. Elə futbola peşəkar yanaşdığımıza görə çətinliklərlə üzləşirik. Bu mövzuya başlamazdan əvvəl AFFA-nın və Elxan Məmmədovun dəstəyini qeyd etməliyəm. "Türk Hava Yolları Futbol Mərkəzi”nin təlim-məşq bazasında komandamızın hazırlığı üçün şərait yaradıb.

Ancaq çətinliyimiz odur ki, orda həftə ərzində 3-4 dəfə məşq edə bilirik. İstəyimiz isə məşqlərimizi hər gün keçirməkdir. Bu komandanın inkişafında və yerli futbola verəcəyimiz tövhələrdə olduqca mühüm rol oynayacaq. Saat fərqi də arada çətinliklər yaradır. Uşaqlar məşqə səhər saat 08:00-da gəlmək məcburiyyətindədirlər ki, 08:30-da məşqlərimizə başlayaq. Biz də istərdik ki, saat 11:00-12:00 arası - futbolçuların bədəni tam oyanandan sonra məşqlərimizə başlayaq. Aydın məsələdir ki, həmin stadion olduqca sıx qrafikdə işləyir. Bizdən başqa orda "Neftçi"nin aşağı yaş qruplarının komandaları da məşqlərini keçir. Çətinliyimiz hələ ki, bu məsələdir.

Fasilə zamanı planlarımız bir çoxlarını təəccübləndirə bilər. Hazırda üzərində çalışdığım iş odur ki, komanda ilə təlim-məşq toplanışına yollanaq. Yenə deyirəm bəlkə də düşünəcəklər: "Region Liqasının komandasına təlim-məşqə yollanmağa nə ehtiyac var?", amma az əvvəl qeyd etdim ki, yanaşmamız digər klublardan fərqli olaraq həvəskar yox, peşəkardır. Mən bu ab-havanı hər bir futbolçuya yaşatmaq istəyirəm. Qoy uşaqlar təlim-məşq toplanışının vacibliyini və məsuliyyətini hiss etsinlər. Bu da böyük bir inkişafın təməllərindən biridir. İstər komanda şəklində, istər futbolçular üçün fərdi şəkildə, taktiki-texniki durumun inkişafı üçün olduqca mühim bir addımdır. Düşünürəm ki, buna mütləq ehtiyac var və bunun üçün əlimizdən gələni edirik". 

Hüseynov komandanın transfer planları barədə isə bunları deyib: "Hazırda komandaya iki futbolçu transfer etmişik. Bunlar qapıçı Rafiq Kərimov və müdafiəçi Elşad Manafovdur. Daha 3-4 futbolçu transfer etmək planımız var. Amma bu istiqamətdə tələsik seçim etmək olmaz. Odur ki, daha çox düşünüb keyfiyyətli futbolçular cəlb edəcəyik." 

Xatırladaq ki, "Cəbrayıl" komandası Region Liqasının Paytaxt və Şimal regionunun turnir cədvəlində 10 xalla 2-ci yerdə qərarlaşıb.

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X