Azərbaycanın cüdo üzrə kişi və qadınlardan ibarət milli komandalarının 28-30 yanvarda Portuqaliyanın Odivelaş şəhərində keçiriləcək Qran-Pri turniri üçün ilkin heyəti məlum olub.
Fanat.Az xəbər verir ki, məşqçilər yarışa ümumilikdə 16 (13 kişi, 3 qadın) cüdoçu sifariş edib.
Kişilər: Rövşən Əliyev, Balabəy Ağayev (hər ikisi 60 kq), Tofiq Məmmədov, Elçin Hüseynov (hər ikisi 66 kq), Nəriman Mirzəyev, Zaməddin Poladov (hər ikisi 73 kq), Zelim Tskayev, Elcan Hacıyev (hər ikisi 81 kq), Rüfət İsmayılov, Vüqar Talıbov (hər ikisi 90 kq), Adil Kərimli (100 kq), Camal Feyziyev, İmran Yusifov (hər ikisi +100 kq).
Qadınlar: Şəfəq Həmidova, Aydan Vəliyeva (hər ikisi 48 kq), Səbinə Əliyeva (52 kq).
Qeyd edək ki, Portuqaliya Qran-Prisi 2022-ci ilin təqvimində Dünya Turu seriyasından ilk yarışdır.