Fatih Terim bir daha "Qalatasaray"ın baş məşqçisi olmayacağına eyham vurub.
Fanat.Az məlumatına görə, mütəxəssisin şəxsi "Twitter" hesabındakı paylaşım belə düşünməyə ciddi əsas verir.
Bu ay istefaya göndərilən çalışdırıcı "sarı-qırmızılar"la imzaladığı ilk və son müqavilələrin fotolarını yayımlayıb.
69 yaşlı futbol adamı fotolara "Qalatasaray"dakı ilk imzam və son imzam" cümləsini əlavə edib.
Qeyd edək ki, Fatih Terim 1996 - 2000, 2002 - 2004, 2011 - 2013 və 2017 - 2021-ci illərdə "Qalatasaray"ı çalışdırıb.