Türkiyədə təlim-məşq toplanışında olan "Qarabağ" yoxlama oyununda qüvvəsini sınayıb.
Fanat.Az xəbər verir ki, yanvarın 12-dən Antalyada hazırlıq keçən ağdamlıların rəqibi Rumıniya "Qaz Metan" olub,
Matç qolsuz bərabərliklə başa çatıb.
Qeyd edək ki, "Gloria Sports Arena"da məskunlaşan "Qarabağ" yanvarın 21-i "Şlyonsk Vroslav" (Polşa), yanvarın 25-i isə “Visla Krakov” (Polşa) klubları ilə üz-üzə gələcək. Yanvarın 21-i və 25-i daha iki oyun nəzərdə tutulub. Komanda səhər saatlarında Serbiyanın "Batska Topola" və Slovakiyanın "Tatran" klubları ilə qarşılaşacaq. Bu iki oyunda əsasən, gənc futbolçulara şans veriləcək.
14 yanvar
Qarabağ - Qaz Metan (Rumıniya) 0:0
Qarabağ: 89. Amin Ramazanov, 29. Marko Veşoviç, 5. Maksim Medvedev (k), 81. Kevin Medina, 27. Toral Bayramov, 2. Qara Qarayev, 7. Riçard Almeyda, 20. Kadi Borqes, 77. Ramil Şeydayev, 10. Abdullah Zubir, 25. İbrahima Vadji