Topaz Premyer Liqasının XXIII turunun iki oyununun canlı yayımlanacağı dəqiqləşib. Fanat.az xəbər verir ki, hər iki oyunu "İdman Azərbaycan" efirə verəcək.
Kanal saat 13.00-da "Qəbələ" - "Rəvan" oyununu yayımlayacaq. Yeri gəlmişkən, "İdman Azərbaycan"ın proqramında bu oyunun başlamasa saat 13.30 göstərilib. Amma PFL matçı 13.00-a təyin edib. Sat 17.00-da isə AZAL - "Xəzər Lənkəran" matçı efirə veriləcək.
"İdman Azərbaycan"ın rəsmi saytındakı proqramda olmasa da, "Sumqayıt" - "Neftçi" matçının da canlı yayımlanması gözlənilir. Bu qarşılaşmanın yuxarıda qeyd edilən iki matçın arasına salınması - saat 15.00 bunu təsdiqləyir.
Qeyd edək ki, XXIII turun "İnter" - "Bakı" və "Qarabağ" - "Simurq" oyunları efirə verilməyəcək.
Fanat.az