“Neftçi”nin Antalya toplanışı çərçivəsində keçirəcəyi ikinci yoxlama oyununun başlama saatı açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi "Facebook" səhifəsi məlumat yayıb.
Polşanın “Visla” (Plotsk) klubu ilə yanvarın 19-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
“Emirhan Sports Complex Side”ın stadionunda oynanılacaq matç “Neftçi” TV vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, “Neftçi” Türkiyə keçirdiyi ilk yoxlama görüşündə Macarıstan təmsilçisi “Kişvarda” ilə qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb.