11:27 21.01.2022 572

Günün transfer xəbərləri: 18 yaşlı şotland 6 klubun diqqətində, Manqala Fransada

Qış "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.

"90 min" nəşri: "Mançester Yunayted" "Nyukasl"ın futbolçusu Cessi Linqard üçün icarə təklifini rədd edib. “Qırmızı şeytanlar” ingilis yarımmüdafiəçi birdəfəlik satmaq istəyir.

"The Mirror" nəşri: "Mançester Yunayted", "Liverpul" və "Tottenhem" "Aberdin"in üzvü Kelvin Remziyə göz dikib. Şotlandiya klubu ilə müqaviləsi 2024-cü ildə başa çatacaq 18 yaşlı futbolçu ilə "Lester", "Sauthempton" və "Lids" də maraqlanır. "Nyukasl" isə gənc futbolçunu komandasının əfsanəsinə çevirməyi planlaşdırır. "Sağsağanlar" onun üçün rəsmi təklif hazırlayır.

CSKA-nın müdafiəçisi Bruno Fuksun agenti Stefano Kastanya müştərisinin Moskva klubundan ayrılmaq istəməsi ilə bağlı məlumatları təkzib edib: “Bu, yalandır. Bruno ÇSKA-dan ayrılmaq istəmir. Mən onun "Flamenqo" və ya başqasına təklif etməmişəm”.

Keyt Dauni və Kaveh Solyekol (Sky Sports): "Nyukasl" hələ də 28 yaşlı müdafiəçi Dieqo Karlosla müqavilə bağlamağa ümid edir. “Sevilya” və “Nyukasl” braziliyalı futboçunun keçidi üçün razılığa gəliblər. Karlos klubdan ayrılmaq istəyir.

"Barselona" klubunun mətbuat xidməti: Niko Qonzales "Barselona"nın əsas komandasında futbolçu kimi qeydiyyatdan keçib.

Maksim Allanazarov (“Sport-Ekspress”): “Lokomotiv” “Monako”nun hücumçusu Vilson İsidore üçün 2,5 milyon avro ödəyəcək. Yaxın günlərdə onunla, 4,5 illik müqavilə imzalayanaq.

Teylor Tuellman (ESPN): "Arsenal" 27 yaşlı amerikalı qapıçı Mett Törner üçün "Nyu İnglend Revolyuşn"a cəlbedici təklif edib.

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Qaret Beyl və Eden Hazarın klubdakı gələcəyi haqda danışıb:  “Beyl uzun müddətdən sonra nəhayət geridönüş edib. Hazar 1 aydır ki, yaxşı formadadır. Azara məsləhət verməliyəm. O, özü üçün qərar verəcək xarakterə və təcrübəyə malikdir, lakin onların hər ikisinin sahib olduğu keyfiyyətlər bizə çox kömək edə bilər”.

Baş tutmuş transfer xəbərləri: 

Moskvanın "Spartak" klubu "Saturn"un hücumçusu Artur Maksimçukla 3 illik müqavilə imzalayıb. Maksimçuk FNL-2-də bu mövsüm "Saturn"un bombardiridir (20 matçda 9 qol). Ümumilikdə Maksimçuk "Saturn" üçün 38 oyun keçirib, 10 qol vurub və 5 məhsuldar ötürmə verib.

* 26 yaşlı Kortni Haus "Aston Villa" ilə müqaviləsinin müddətini 2024/25-ci illər mövsümünün sonuna qədər uzadıb.

* Georgi Melkadze "Soçi" ilə 3,5 illik müqaviləyə imza atıb. Transfer yaxın vaxtlarda açıqlanacaq.

* 17 yaşlı vinger Danil Aleniçev (Dmitri Aleniçevin oğlu) Portuqaliyanın II Divizion klubu olan  "Leyşonş" ilə müqavilə imzalayıb.

Stepan Melnikov (19 yaşlı yarımmüdafiəçi)

"Spartak Moskva"dan (Rusiya)  "Rostov"a (Rusiya) keçib.
Müqavilənin müddəti 2025/26-cı illər mövsümünün sonuna qədər nəzərdə tutulub.

Pablo Mari (28 yaşlı müdafiəçi)

"Arsenal"dan (İngiltərə) "Udineze"yə (İtaliya) icarəyə verilib.
Sözləşməsi 2021/22-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub. 

Zaxar Volkov (24 yaşlı müdafiəçi)

BATE-dən (Belarus)  "Ximki"yə (Rusiya) keçib.
2021/22-ci il mövsümünün sonuna qədər satın alma şərti ilə icarəyə verilib.

Vaqner Lav (37 yaşlı hücumçu)

"Kayrat"dan (Qazaxıstan) "Midtyulland"a (Danimarka) transfer olunub. Azad agent qismində keçən futbolçunun müqaviləsinin müddəti 2021/22-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub.

Ravanelli (24 yaşlı yarımmüdafiəçi)

"Axmat"dan (Rusiya) "San Bernardo"ya (Braziliya) keçid.
Onunla müddəti 2021/22-ci illər mövsümünün sonuna qədər olan müqavilə imzalanıb.

Hannes Volf (22 yaşlı yarımmüdafiəçi)

"Borussia Möhenqladbax"dan (Almaniya) "Suonsi Siti"yə (Uels) keçib.
2021/22-ci illər mövsümünün sonuna qədər icarə əsasında Uels klubunda çıxış edəcək.

Elyakim Manqala (30 yaşlı müdafiəçi)

"Valensiya"dan (İspaniya) "Sent-Etyen"ə (Fransa) transfer olunub.
Azad agent qismində keçən futbolçu müddəti 2021/22-ci illər mövsümünün sonuna qədər olan müqavilə imzalayıb.

Ussama İdrissi (25 yaşlı cinah hücumçusu)

"Sevilya"dan (İspaniya) "Kadis"ə (İspaniya) keçib.
2021/22-ci illər mövsümünün sonuna qədər icarə əsasında çıxış edəcək. 

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

Facebookdan bizi izləməyi unutmayın.
X