Türkiyənin Antalya bölgəsində təlim məşt-toplanışında olan "Qəbələ" bu gün növbəti yoxlama oyununda qüvvəsini sınayıb.
Fanat.Az xəbər verir ki, əyalət klubu ikinci oyununda Şimali Makedoniyanın "Boreç" kollektivi ilə qarşılaşıb.
Matç 1:0 hesabı ilə "Qəbələ"nin xeyrinə başa çatıb.
Qeyd edək ki, Qəbələ təmsilçisi ilk sınağında Polşa "Zaqlembe"si ilə qarşılaşıb və 1:2 hesabı ilə məğlub olub.
Yoxlama oyunu
21 yanvar
16:30. Qəbələ - Boreç 1:0
Qol: O. Hani, 11
Qəbələ: 1. K. Atanqana, 7, E. Şahverdiyev, 27. M. İsayev, 4. R. Renato, 6. K. Mirzəyev, 77. E. Səfərov, 9. F. Lopez, 5. İ. Alimi, 14. Ü. İskəndərov, 10. O. Hani, 19. R. Murad.