Bu gün Azərbaycanın daha üç cüdoçusu Portuqaliyanın Almada şəhərində keçirilən Qran-Pridə mübarizəyə başlayacaq.
Fanat.Az xəbər verir ki, kişilərin 100 kiloqram çəki dərəcəsində çıxış edən Adil Kərimli 1/8 finalda İsrail təmsilçisi Stanislav Bançukla üz-üzə gələcək.
100 kq-dan yuxarı çəkidəki təmsilçilərimizdən İmran Yusifov startda ABŞ-dan olan Kristian Konovalın, Uşanqi Kokauri isə konqolu Klemen Musumadinin müqavimətini qırmağa çalışacaq.
100 kq
1/8 final. Adil Kərimli - Stanislav Bançuk (İsrail)
+100 kq
1/8 final. İmran Yusifov - Kristian Konoval (ABŞ)
1/8 final. Uşanqi Kokauri - Klemen Musumadi (Konqo)
Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) gümüş medal qazanıb. Eyni çəkidə çıxış etmiş daha bir azərbaycanlı cüdoçu Rövşən Əliyev 1/8 finalda uduzaraq mübarizəni dayandırıb.