5-6 fevralda Fransanın paytaxtı Parisdə cüdo üzrə "Böyük Dəbilqə" turniri keçiriləcək.
Azərbaycan Cüdo Federasiyasından Fanat.Az-a verilən məlumata görə, nüfuzlu yarışda ölkəmizi baş məşqçi Mövlud Mirəliyevin rəhbərliyi altında altı kişi cüdoçu təmsil edəcək. Bunlar Kəramət Hüseynov (60 kq), Rüstəm Orucov, Hidayət Heydərov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauridir (+100 kq).
Qeyd edək ki, turnirdə 54 ölkədən 308 idmançı iştirak edəcək.