Azərbaycan millisinin üç cüdoçusu Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə mübarizəyə başlayıb.
Fanat.Az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov 1/8 final mərhələsində Dauda Daboneyə (Kot d ivuar), ardınca Ariunbold Enxtayvana (Monqolustan) qalib gəlib.
Yarımfinalda Ryudzu Naqayamaya (Yaponiya) uduzan Hüseynov bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.
73 kq-dakı Rüstəm Orucov 1/16 final mərhələsinə təsadüf edən ilk görüşündə Fransa təmsilçisi Benjamin Aksusa yenilib. Eyni çəkidəki Hidayət Heydərov fransalı Teo Riquinə qalib gəlsə də, 1/8 finalda Qambiyadan olan Faye Njie ilə dueldən məğlub ayrılıb.
Qeyd edək ki, Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Uşangi Kokauri fevralın 6-da tatamiyə çıxacaq.