Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində maraqlı hadisə baş verib.
Fanat.Az xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində mübarizə aparan yerli idmançı Pristsilla Nyetonun yaponiyalı Momo Tamaoki ilə yarımfinal görüşü zamanı kimonosundan mobil telefon düşüb.
Hadisə qarşılaşmanın başa çatmasına 2 dəqiqə 22 saniyə qalmış qeydə alınıb. Tatamiyə kənar əşyalar gətirmək qadağan olunduğundan, London-2012 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı və Avropa çempionu olan 30 yaşlı Nyeto diskvalifikasiya edilib.
Sonradan bağışlanan qadın cüdoçu üçüncü yer uğrunda görüşə qatılaraq bürünc medal əldə edib.