Azərbaycanın kişilərdən ibarət cüdo millisinin 17-19 fevralda İsrailin paytaxtı Təl-Əvivdə keçiriləcək "Böyük Dəbilqə" turniri üçün ilkin heyəti açıqlanıb.
Fanat.Az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığma yarışa 13 cüdoçu sifariş edib.
Bunlar Kəramət Hüseynov, Balabəy Ağayev (hər ikisi 60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Hidayət Heydərov, Rüstəm Orucov (hər ikisi 73 kq), Murad Fətiyev, Elcan Hacıyev (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev, Rüfət İsmayılov (hər ikisi 90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (hər ikisi 100 kq) və Uşanqi Kokauridir (+100 kq).