Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turnirindən sonra cüdoçuların yeni reytinqi açıqlanıb.
Fanat.Az xəbər verir ki, yarışın gümüş medalını qazanan Uşanqi Kokauri (+100) 4 pillə irəliləyib. 2376 xala malik gürcüstanlı legioner hazırda 12-ci sırada qərarlaşıb.
Digər gümüş mükafatçımız Məmmədəli Mehdiyev (90 kq) bir pilləlik irəliləyişə nail olub. O, 3920 xalla 5-cidir.
“Top-10”da yer alan digər üç cüdoçumuzun mövqeyi isə dəyişməyib. Parisdə beşinci olan Kəramət Hüseynov (60 kq) 2992 xalla 4-cü, Orxan Səfərov (66 kq) 3280 xalla 6-cı, Zelim Kotsoyev (100 kq) 3092 xalla 9-cudur.
Hidayət Heydərov (73 kq) 2580 xalla 11-ci sırada qalıb. Mövqeyi bir pillə pisləşən Murad Fətiyev (81 kq) 2384 xalla 13-cüdür. 2570 xala malik İrina Kindzerska (+78 kq) və 2412 xalı olan Rüstəm Orucov (73 kq) hərəyə 2 addım geriləməklə 14-cü sıraya düşüblər.
Sahib