Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə açıq Avropa kuboku yarışı keçiriləcək.
Fanat.Az xəbər verir ki, turnirdə Azərbaycanın 18 təmsilçisinin iştirakı planlaşdırılır. Komandamızın heyətinə 12 kişi, 6 qadın cüdoçunun adı daxil edilib.
Turnir fevralın 12-də start götürəcək və iki gün davam edəcək.
Yarışda iştirak etmək üçün indiyədək 27 ölkədən 355 idmançı qeydiyyatdan keçib.