Formula 1 üzrə Azərbaycan qran-prisinin proqramı bəlli olub.
Fanat.Az xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) mətbuat xidməti məlumat yayıb.
Yarış iyunun 10-da, saat 15:00-da birinci sərbəst yürüşlə başlayacaq.Saat 18:00-da isə ikinci test yürüşü olacaq.
İyunun 11-də saat 15:00-da üçüncü sərbəst yürüş, saat 18:00-da isə sıralama turu olacaq. Əsas yarış isə iyunun 12-də keçiriləcək.
Formula 1-də yeni mövsüm martın 20-də Bəhreyndə başlayacaq.