Bu gün Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə açıq Avropa turniri start götürəcək.
Fanat.Az xəbər verir ki, turnirdə Azərbaycanın 17 cüdoçu təmsil edəcək.
Kişilər arasında keçirilən yarışda Samir Piriyev, Turan Bayramov (60 kq), Ruslan Paşayev, Vaqif Tarverdiyev (66 kq), Qədir Hüseynov, Məmmədrza Hacızadə (73 kq), Məhərrəm İmamverdiyev, Kərim Allahverdiyev, Ömər Rəcəbli (81 kq), Əjdər Bağırov (90 kq), Ruslan Nəsirli və Sabir İsayev (100 kq) mübarizə aparacaqlar.
Qadınların yarışında isə Ramilə Əliyeva, Könül Əliyeva (48 kq), Ülviyyə Bayramova, Zeynəb Məmmədova (52 kq), Aytac Qardaşxanlı (63 kq), Günel Həsənli (70 kq) güclərini sınayacaqlar.
Fevralın 13-dək davam edəcək turnirdə 26 ölkədən 321 idmançı iştirak edəcək.