Klublararası dünya çempionatının qalibi bəlli olub.
Fanat.Az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidəki "Məhəmməd bin Zayed" stadionunda təşkil olunmuş final oyununda Braziliya "Palmeyras"ı ilə İngiltərə "Çelsi"si qarşılaşıb.
London klubu 2:1 hesabı ilə qalib gələrək tarixində ilk dəfə klublar arasında dünya çempionluğu əldə edib.