Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə açıq Avropa turniri davam edir.
Fanat.Az xəbər verir ki, bu gün Azərbaycanın daha 7 cüdoçusu mübarizəyə qoşulacaq. Kişilər arasında Məhərrəm İmamverdiyev, Kərim Allahverdiyev, Ömər Rəcəbli (81 kq), Əjdər Bağırov (90 kq), Ruslan Nəsirli və Sabir İsayev (100 kq) mübarizə aparacaqlar.
Qadınların yarışında isə Günel Həsənli (70 kq) gücünü sınayacaq.
Qeyd edək ki, turnirin birinci günündə 60 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçularımız Turan Bayramov və Samir Piriyev finalda mübarizə aparıblar. Turan qızıl, Samir gümüş medala layiq görülüb.
Bu gün başa çatacaq turnirdə 26 ölkədən 321 idmançı iştirak edir.