Cüdo üzrə Azərbaycan millisinin üzvləri Rüstəm Orucov və Murad Fətiyev İsrailin paytaxtı Təl-Əvivdəki "Böyük Dəbilqə" turnirindən əvvəl koronavirusa yoluxub.
Federasiyanın Mətbuat Xidmətindən Fanat.Az-a verilən məlumata görə, yığma üzvlərindən Tel-Əviv şəhərinə çatdıqdan sonra növbəti dəfə PCR testi götürülüb. Testləri pozitin çıxan Orucovla Fətiyev yarışa buraxılmayacaq.
Oteldə təcrid olunan cüdoçular İsrail hökumətinin qaydalarına əsasən 5 gün karantində qalacaqlar. İdmançılar hazırda özlərini yaxşı hiss edirlər və həkim nəzarəti altındadırlar.
Azərbaycan yığmasının daha bir üzvü Elcan Hacıyevdə də turnirə yollanmamışdan əvvəl koronavirus aşkarlanıb və o, siyahıdan çıxarılıb.
Qeyd edək ki, bu gün start veriləcək "Böyük Dəbilqə"də ölkəmiz 9 cüdoçu ilə təmsil olunacaq. Yarışa fevralın 19-da yekun vurulacaq.