Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk görüşləri başa çatıb.
Fanat.Az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib.
İspaniyada "Atletiko Madrid" "Mançester Yunayted"i qəbul edib. Hesabı erkən qolla meydan sahibləri açsa da, "qırmızı şeytanlar" sona yaxın bərabərliyi təmin edərək sərfəli nəticə qazanıb.
Digər matçda isə Niderland "Ayaks"ı Portuqaliyada "Benfika" ilə üz-üzə gəlib. Tərəflər hərəyə iki qol vurub.
UEFA Çempionlar Liqası
1/8 final, ilk oyunlar
23 fevral
"Atletiko Madrid" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) 1:1
Qollar: Feliks, 7 - Elanqa, 80
Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)
"Benfika" (Portuqaliya) - "Ayaks" (Niderland) 2:2
Qollar: Halle, 26-öz qapısına. Yaremçuk, 72 - Tadiç, 18. Halle, 29
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşmaları martın 15-də keçiriləcək.