UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk görüşündə "Benfika"nı "Ayaks"a məğlubiyyətdən (2:2) Roman Yaremçuk xilas edib.
Fanat.Az xəbər verir ki, ukraynalı futbolçu qolu Rusiyanın hücumuna məruz qalan ölkəsinə həsr etmək qərarına gəlib.
Qoldan sonra Yaremçuk formasını çıxarıb və altdan geyindiyi köynəyə həkk olunmuş Ukraynanın gerbini öpüb. Sloveniyalı hakim Slavko Vinçiç ona sarı vərəqə göstərib.
Sosial şəbəkələrdə bununla bağlı maraqlı məlumat yayılıb. Belə ki, Futbol meydançalarında siyasi mesajlara icazə verməyən UEFA Yaremçukun gerbi öpdüyünü göstərməmək üçün qolun təkrarlanan videosunu kəsib.
Mirağa