Bu gün gənc cüdoçular arasında Azərbaycan birinciliyinə start verilir.
Fanat.Az xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçiriləcək yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.
Birincilikdə Bakı və Sumqayıt şəhərlərindən, həmçinin ölkənin müxtəlif regionlarından olan klub, cəmiyyət və idman təşkilatlarından 300-ə yaxın idmançı medallar uğrunda mübarizə aparacaq.
3 gün davam edəcək ölkə birinciliyində qızlar -44, -48, -52, -57, -63, -70, -78, +78 kq, oğlanlar isə -55,-60, -66, -73, -81, -90, -100, +100 kq çəki dərəcələrində güclərini sınayacaqlar.
Yarışda 2002-2004-cü il təvəllüdlü idmançılar iştirak edəcəklər.