Polşanın paytaxtı Varşavada cüdo üzrə açıq Avropa turnirinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, son yarış günündə Azərbaycanın 5 təmsilçisı tatami üzərinə çıxıb.
Cüdoçularımızdan yalnız 100 kiıoqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan İmran Yusifov çıxışını medalla başa vurub. O, turnirin bürünc mükafatına yiyələnib.
***
Polşanın paytaxtı Varşavada keçirilən açıq Avropa turnirinin ikinci günündə Azərbaycanın daha beş cüdoçusu çıxış edəcək.
Fanat.Az xəbər verir ki, təmsilçilərimizdən Zelim Tskayev (81 kq) ilk mərhələdə Musa Şimşek (Türkiyə) - Kelvin Noster (Avstraliya) cütünün qalibi ilə qarşılaşacaq.
90 kq çəki dərəcəsində yer alan milli üzvlərindən Vüqar Talıbov Daniel Nietto (İspaniya), Coşqun Abdullayev Teo Herbye (Fransa) ilə münasibətləri aydınlaşdıracaq.
+100 kq-da Camal Feyziyev startda Yakub Sordil (Polşa), İmran Yusifov isə Cimmi Uilyamsa (Böyük Britaniya) qalib gəlməyə çalışacaq.
Qeyd edək ki, turnirin ilk günündə komandamız dörd medal qazanıb. Əhməd Yusifov (60 kq) və İbrahim Əliyev (66 kq) qızıl, İsmayıl İbrahimov (66 kq) gümüş, Rövşən Əliyev (60 kq) isə bürünc mükafata yiyələnib.