Avropa Cüdo İttifaqı (EJU) Rusiyada keçirilməsi planlaşdırılan iki beynəlxalq turniri ləğv edib.
Fanat.Az xəbər verir ki, bunlar yeniyetmələr və böyüklər arasında Avropa Kuboku yarışlarıdır.
Yeniyetmələrin yarışı 2-3 apreldə Tulada, böyüklərin turniri isə 14-15 mayda Orenburqda təşkil olunmalı idi.
Qeyd edək ki, daha əvvəl Beynəlxalq Cüdo Federasiyası (IJF) 20-22 mayda Kazanda keçirilməli olan "Böyük Dəbilqə" turnirinin ləğvi bağlı qərar qəbul edib.