Avropa Cüdo İttifaqının prezidenti, rusiyalı Sergey Soloveyçik vəzifəsini tərk edib.
Fanat.Az xəbər verir ki, Soloveyçik verdiyi yazılı açıqlamada 2007-ci ildən tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.
Rusiyanın Ukraynaya müdaxiləsindən sonra postundan ayrılan Soloveyçik 2020-ci ildə növbəti dəfə prezident seçilmişdi. Onun istefasından sonra vitse-prezident German Otto Knaytinger Avropa Cüdo İttifaqının yeni prezidenti seçilib.
Mirağa