"Federasiya rəhbərliyinin qərarına hörmətlə yanaşıram. Əsas məqsəd Azərbaycan cüdosunun inkişafıdır. Biz də bunun üçün əlimizdən gələni əsirgəməyəcəyik".
Bunu Fanat.Az-a Azərbaycanın cüdo üzrə kişilərdən ibarət milisinin keçmiş baş məşqçisi Mövlud Mirəliyev deyib.
48 yaşlı mütəxəssis bundan sonra yığmada böyük məşqçi kimi çalışacağını bildirib:
"Yeni təyin olunan baş məşqçi və performans direktoru haqqında çox da məlumatım yoxdur. Ümid edirəm ki, birlikdə Azərbaycan cüdosunun inkişafına töhfə verəcəyik. Biz sadəcə özümüzü düşünmürük".
Qeyd edək ki, bu gün Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin İclası keçirilib. Tədbirdə yığma komandalara yeni təyinatlar açıqlanıb. Yeni yaradılan performans direktoru vəzifəsinə niderlandlı mütəxəssis Mark van der Ham, kişilərdən ibarət yığma komandanın baş məşqçisi postuna isə almaniyalı Riçard Trautman gətirilib.
Xatırladaq ki, M.Mirəliyev kişilərdən ibarət yığmaya 2021-ci ilin avqustunda baş məşqçi təyin olunmuşdu.
Sahib