Yəhudi əsilli rusiyalı iş adamı Roman Abramoviç "Çelsi"nin ona borclu olduğu 1.82 milyard avrodan imtina etdiyini açqılayıb.
Fanat.Az xəbər verir ki, London təmsilçisinin mətbuat xidməti Abramoviçin söylədiklərini belə çatdırıb:
"Mən "Çelsi"dən borcumun qaytarılmasını istəməyəcəm. Bu bağlılıq heç vaxt biznes maraqlarına söykənməyib. Yalnız kluba və futbola olan sevgimdən qaynaqlanıb".
Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə sözügedən iş adamının Böyük Britaniyada yaşamasına qadağa qoyulub. Rusiyalı milyarder bu səbəbdən fevralın 26-da "Çelsi"nin idarəçiliyini klubun Xeyriyyə Fonduna təhvil verib. O, martın 2-də klubu satmaq qərarına gəldiyini açıqlayıb.
Qeyd edək ki, Roman Abramoviç Premyer Liqa təmsilçisini 2003-cü ildə alıb.
Nihat