"Yuventus" İtaliya kubokunun yarımfinal mərhələsinin ilk oyununda meydan sahibi "Fiorentina"nı 1:0 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, Florensiyadakı görüş Turin klubunun serbiyalı forvardı Duşan Vlahoviç üçün psixoloji cəhətdən ağır keçib.
Qışda məhz "Fiorentina"nı "Yuventus"a dəyişən və buna görə florensiyalı azarkeşlər tərəfindən hələ də bağışlanmayan Vlahoviç isinmə hərəkətləri üçün meydana çıxdıqda böyük təzyiqlə üzləşib. Hücumçu fit və qışqırıq səsləri altında məşq etdikdən sonra dözməyərək meydanı qaça-qaça tərk edib.
🇮🇹🏟 Here is how Vlahovic's warm-up ended vs his former club Fiorentina. Incredible atmosphere in the Coppa Italia semi-final. pic.twitter.com/kymsjQ2OtE
— Your Football News (@YFNews) March 2, 2022
Mirağa