Türkiyə 1-ci Liqasında 26-cı turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin komandası - "Keçiörengücü" səfərdə "Kocaelispor"la üz-üzə gəlib.
Qonaqlar və 0:1 hesabı ilə məğlub olub.
İsgəndərli görüşə ehtiyat oyunçular skamyasında başlayıb və 46-cı dəqiqədə oyuna qoşulub.
Qeyd edək ki, 34 xala malik "Keçiörengücü" turnir cədvəlinin 12-ci pilləsində mövqe tutub.