Futbol üzrə Türkiyə Super Liqasında 28-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, sonuncu oyun günündə üç matç baş tutub.
Günün mərkəzi oyununda "Beşiktaş"la "Başakşehir" üz-üzə gəlib. Dörd qolun vurulduğu prinsipial matçda qalib müəyyənləşməyib. "Qaziantep"lə "Hatayspor"un görüşündə də tərəflər iki qol vurub bir xalla kifayətlənib. Günün yeganə qalibi isə "Kayserispor" üzərində səfər qələbəsinə sevinən "Alanyaspor" olub.
Türkiyə Super Liqası
28-ci tur
7 mart
Kayserispor – Alanyaspor 1:2
Qollar: Andrea Bertolaççi, 34 - Oğuz Aydın, 41, Erencan Yardımçı, 83
Beşiktaş – Başakşehir 2:2
Qollar: Güven Yalçın, 41, Kenan Karaman, 54 - Trezeqe, 35, Çuka Okaka, 45+4
Qaziantep – Hatayspor 2:2
Qollar: Aleksandru Maxim, 5, 79 - Steven Kaulker, 20-öz qapısına, El Kaabi, 30
6 mart
Fatih Karagümrük – Altay 0:0
Fənərbağça – Trabzonspor 1:1
Qollar: Zayç, 71 – Nvakaeme, 22.
Antalyaspor – Sivasspor 1:0
Qol: Fernando, 45+2.
5 mart
Rizəspor – Girəsunspor 1:2
Qollar: Pohyanpalo, 14 – Çikinyo, 45+3. Traore, 48.
Göztəpə – Kasımpaşa 2:3
Qollar: Di Santo, 7. Ndiaye, 80 – Muleka, 5; 48. U.Bozok, 79.
Konyaspor – Qalatasaray 2:0
Qollar: Koka, 8. Rahmanoviç, 20.
4 mart
Yeni Malatyaspor – Adana Dəmirspor 1:0
Qol: Şuyar, 77.