Futbol üzrə Rusiya Premyer Liqasında 20-cu turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Tula “Arsenal”ı da növbəti matçına çıxıb.
"Topçular" səfərdə “Krılya Sovetov” heç-heçə edib - 2:2.
Start heyətdə meydana çıxan Ayaz 77-ci dəqiqədə əvəzlənib. O, əvəzləndiyi dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
20 tura 20 xal toplayan “Arsenal” 16 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.