Futbol dünyasında rəqəmsal valyuta biznesinə girişən ilk klub kimi tanınan PSJ Lionel Messinin maaşının bir hissəsini kriptovalyutalarla ödəyir.
Fanat.Az Gazzetta-ya istinadən xəəbr verir ki, 2018-ci ildə ilk rəqəmsal valyutasını yaratmaq üçün socio.com ilə müqavilə imzalayan Paris klubu sözügedən şirkətlə yeni üç illik əməkdaşlıqdan 30 milyon avro qazanacaq.
Ötən ilin sentyabrdan - Messinin transferindən sonra PSJ-nin kriptovalyutalarının dəyərini artıb. Hələ Fransa komandasına transferi başa çatmamış onun dəyəri artıq 43% artmışdı, təqdimat günü isə daha da yüksəlmişdi. Messi ilə müqaviləyə PSJ-nin rəsmi valyutası olan Fan Tokens ilə ödənişlər daxildir. Başqa sözlə, PSJ argentinalı ulduzun maaşının bir hissəsini kriptovalyutalarla ödəyir.
Mirağa