Belçika millisinin və "Real Madrid" klubunun hücumameylli yarımmüdafiəçisi Eden Hazar müqaviləsinin müddətinin sonuna qədər İspaniya klubunda qalacaq.
Fanat.Az-ın məlumatına görə, bunu futbolçunun qardaşı Torqan Hazar "ESPN" nəşrinə verdiyi açıqlamasında deyib:
"Eden "Real Madrid"də xoşbəxtdir. Ailəsi də xoşbəxtdir. Edenin anlaşmasının müddəti 2024-cü ildə başa çatır və düşünürəm ki, o, həmin müddətin sonuna qədər klubda qalacaq”.
Xatırladaq ki, 31 yaşlı futbolçu 2019-cu ildən "Real Madrid" klubunun şərəfini qoruyur.
Emin