25-27 martda Gürcüstanın paytaxtı Tbilisidə keçirilməsi nəzərdə tutulan cüdo üzrə "Böyük Dəbilqə" turniri təxirə salınıb.
Fanat.Az xəbər verir ki, yarış 3-5 iyunda təşkil olunacaq.
Qərarın mayın sonuna planlaşdırılan Kazan “Böyük Dəbilqə”sinin ləğvi ilə bağlı olması istisna edilmir.
Qeyd edək ki, Azərbaycan yığmasının bu günədək Tbilisi "Böyük Dəbilqə"sində iştirak edib-etməyəcəyi açıqlanmamışdı.