PSJ-nin hücumçusu Kilian Mbappe məşqdə zədələnib.
Fanat.Az "RMC Sport"a istinadən xəbər verir ki, hücumçu bugünkü məşqdə komanda yoldaşlarından biri ilə toqquşaraq xəsarət alıb.
Mbappenin Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində "Real Madrid"lə səfər matçına çıxması sual altındadır.
Tərəflərin Parisdə reallaşan birinci duelində PSJ 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu 90+4-cü dəqiqədə Kilian Mbappe vurub.
"Real Madrid" - PSJ matçı martın 9-da keçiriləcək.