"Bavariya"nın hücumçusu Robert Levandovski Çinin "Huawei" şirkəti ilə sponsorluq müqaviləsini ləğv edib.
Fanat.Az "Sportowe fakty" portalına istnadən xəbər verir ki, polşalı forvard bu addımı "Huawei"in rusiyayönlü mövqe nümayiş etdirməsinə görə atıb.
Həmçinin, Britaniyanın "Daily Mail" qəzeti müqavilənin ləğvi ilə Levandovskinin təxminən beş milyon avro itirdiyini yazıb.
Yeri gəlmişkən, bu, Levandovskinin Ukraynada müharibə başlayandan bəri yeganə belə addımı deyil. Rusların Ukraynaya qarşı təcavüzündən sonra Polşa millisi Rusiya ilə dünya çempionatının pley-off mərhələsində oynamayacaq. 2022-ci il dünya çempionatının əlavə təsnifat mərhələsi çərçivəsində martın 24-də polyakların Moskvada oynaması nəzərdə tutulmuşdu.
Mirağa