Ukrayna millisinin sabiq baş məşqçisi, keçmiş əfsanəvi futbolçu Andrey Şevçenko Rusiya qoşunlarının Ukraynaya müdaxiləsi ilə bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Sportarena" saytı 45 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb:
“Baş verənləri mənə yaxınlarım danışır. Bu, bir kabusdur. Şəhərlər bombalanır, oranı tərk edə bilməyən uşaqlar, qocalar öldürülür. Dəhşətli yuxu kimi görünür... Elə bilirəm ki, sabah oyanıb normal həyata qayıdacağam. Amma başa düşürəm ki, bu baş verməyəcək ... Yaşadıqlarımız reallıqdır!
Emin
Ukrayna Avropanın bir hissəsi olmaq istəyir. Zelenski bizi azadlığımıza və müstəqilliyimizə aparan böyük prezidentdir!”
Xatırladaq ki, Rusiya fevralın 24-də səhər Ukrayna şəhərlərinə raket zərbələri endirməyə, sonra isə genişmiqyaslı işğala başlayıb.