UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk 4 cavab oyunundan həftənin ən yaxşı futbolçusu açıqlanıb.
Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu ada "Real Madrid"in hücumçusu Kərim Benzema layiq görülüb.
"Real Madrid"in evdə PSJ-ni 3:1 hesabı ilə məğlub etdiyi matçda hər üç qolu Benzema vurub. İki oyunun nəticəsinə əsasən, 3:2 hesablı qələbə qazanan ispanlar 1/4 finala adlayıb.
35 yaşlı fransız futbolçu səsvermədə "Bayern Münhen"dən Robert Levandovskini, "Mançester Siti" dən Fernandinyonu və "İnter"dən Milan Şkrinyarı geridə qoyub.